Sosial şəbəkədə biz:

Azərbaycan şəhid verdi

30 May 2019, 15:41
Gündəm

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.

“Qafqazinfo” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub.

Allah rəhmət eləsin!