Sosial şəbəkədə biz:

Azərbaycanda bir ildə 17 ana ölümü baş verib

02 June 2019, 20:00
Gündəm

Ötən il Azərbaycanda qeydə alınan ana ölümlərinin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, 2018-ci ildə doğuşdan sonrakı dövrün, doğuşun və hamiləliyin ağırlaşması nəticəsində 17 qadın dünyasını dəyişib. 

Məlumata əsasən, ölkə üzrə hər 100 000 nəfər diri doğulanda 12,2 ana ölümü qeydə alınıb.