Sosial şəbəkədə biz:

Azərbaycanın ən güclüləri müəyyənləşəcək

07 June 2019, 12:18
Gündəm

əqvim planına əsasən, bu ilin 8-9 iyun tarixində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə MMA , Pankration və Grappling idman növləri üzrə Azərbaycan Çempionatı keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə federasiyanın rəhbəri Azad Əsgərov məlumat verib. O bildirib ki, yarışda Bakı və bölgələrdən 50-dən çox komanda,  530-dan çox idmançı iştirak edəcək.

Xatırladaq ki, Azərbaycanda Pankration idman növü 2006-ci ilde, Grappling idman novü 2012-ci il  fevral ayında , MMA idman növü 2012-ci il may ayinda Gənclər və İdman Nazirliyi və  Ədliyyə Nazirlyinin  rəsmi qeydiyyatından  keçmişdir. Hal hazırda MMA , Pankration və Grappling Federaaiyası kimi fəaliyyətdədir. Yüksək səviyyədə yarışlar təşkil olunur.

Qeyd edək ki, federasiyanın rəhbəri Azad Əsgərov, 1-ci vitse- prezidenti isə Tural Mirzəyevdir.