Sosial şəbəkədə biz:

İki uşaq anası intihar etdi - Yenilənib

07 June 2019, 12:25
Gündəm

Bakıda daha bir nəfər dəm qazından zəhərlənərək ölüb.

“Qafqazinfo” xəbər verir ki, 1977-ci il təvəllüdlü Sevinc Orucova dünən evində dəm qazından boğularaq vəfat edib.

Bu barədə S. Orucovanın dostları sosial şəbəkədə məlumat paylaşıb. 

Qeyd edək ki, S. Orucova ailəlidir, bir qız və bir oğlan övladı var.

***

Yasamal rayon Prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, S. Orucova özünü yaşadığı evin hamam otağında asaraq intihar edib. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə iş açılıb. İntiharın səbəbləri istintaq yolu ilə araşdırılır.