Sosial şəbəkədə biz:

Azərbaycanın iki güləşçisi Avropa çempionu oldu - FOTO

09 June 2019, 10:05
Gündəm

Azərbaycanın iki gənc güləşçisi Turan Bayramov və Abubakr Abakarov İspaniyanın Pontevedra şəhərində keçirilən Avropa çempionatında 1-ci yeri tutublar.

Belə ki, 65 kiloqram çəki dərəcəsində çıxış edən Turan Bayramov finalda Rusiya idmançısı ilə qarşılaşıb. Hesab 1:1 olarkən idmançımız sonuncu xal prinsipinə əsasən qalib gələrək Avropa çempionu olub.

79 kiloqram çəki dərəcəsində yarışan Abubakr Abakarov da finalda Rusiya güləşçisini udaraq, Avropa çempionatının qalibi olub