Sosial şəbəkədə biz:

Azərbaycanda son 10 ildə artan xəstəliklərin statistikası

<strong><span style="color: #000000;">Azərbaycanda son 10 ildə artan xəstəliklərin statistikası</span></strong> Azərbaycanda qeyri-infeksion xəstəliklərlə (QİX) bağlı vəziyyət açıqlanıb. "Report" xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün strategiya" sənədində bildirilir. Sənəddə qeyd olunub ki, son 10 ildə ölkədə qan dövranı sistemi xəstəlikləri 5%, tənəffüs sisteminin xəstəlikləri 11%, endokrin sistemi xəstəlikləri 2,5 dəfə, o cümlədən şəkərli diabet 3,7 dəfə, sinir sistemi xəstəlikləri 15%, bədxassəli yenitörəmələr 30% artıb. Bundan başqa, son 10 ildə dünya üzrə QİX ilə xəstələnmə halları təxminən 14% artıb. Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da qeyri-infeksion xəstəliklər ölüm hallarının əsas səbəbləridir. Xəstələnmənin strukturunda 50%-dən artıq QİX, o cümlədən qan dövranı sistemi xəstəlikləri 17,6%, tənəffüs sistemi xəstəlikləri 15%, endokrin sistemi xəstəlikləri 15%, bədxassəli yenitörəmələr 2,7% təşkil edir. Avropa regionu üzrə isə bu xəstəliklər xəstəlik yükünün 77%-nə barabərdir. Azərbaycanda ölüm halları əsasən yuxarıda qeyd olunan 4 xəstəliyin payına düşür. Birinci yerdə qan 4 dövranı sisteminin xəstəlikləri (59,8%), 2-ci yerdə bədxassəli yenitörəmələr (12,5%), 3-cü yerdə isə tənəffüs orqanlarının xəstəlikləri (2%) durur. Səhiyyə Nazirliyinin QİX ilə bağlı apardığı araşdırmalar nəticəsində müəyyən edilib ki, Azərbaycanda QİX-in böyük əksəriyyətinin baş verməsi tütündən istifadə, artıq çəki və qeyri-sağlam qidalanma kimi risk amilləri ilə bağlıdır. Tədqiqatlar göstərir ki, ölkədə kişilərin təxminən 50%-i tütündən istifadə edir, onların əksəriyyətində (93%-də) belə istifadə gündəlik xarakter daşıyır, böyüklərin 14,3%-i spirtli içkilərdən mütəmadi istifadə edir. Eyni zamanda, Azərbaycanda əhalinin yalnız 6,4%-i məqsədli şəkildə idmanla məşğul olur. Azərbaycan zəngin tərəvəz və meyvə məhsulları ilə məşhur olsa da, əhalinin 40%-dən çoxu bu məhsullardan gündəlik istifadə etmir. Azərbaycanda yaşı 18-dən yuxarı olan şəxslər arasında hipertoniyanın (bütün mərhələləri daxil olmaqla) yayılması 39,4% təşkil edib. Avropa regionunda bu göstərici orta hesabla 40%-dir. Ölkədə hazırda əhalinin hər 100 min nəfərinə şəkərli diabetdən əziyyət çəkən 2 053 nəfər düşdüyü halda, Avropa regionunda bu göstərici 3 560 nəfər təşkil edir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol