Elçibəyin kürəkəni: "Həlimə xanımın səhhəti dünən qəfildən pisləşdi və...”
14-06-2019 [14:06]
"Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyevanın səhhəti dünən qəfildən pisləşdi”.
Mia.az xəbər verir ki, bu barədə "Report”a mərhumun kürəkəni Aqil Səmədbəyli deyib.
O bildirib ki, H.Əliyeva dərhal İstanbulun Silivri rayonunda yerləşən xəstəxanaya aparılıb: "Bu gün isə reanimasiya şöbəsində dünyasını dəyişdi".
A.Səmədbəyli mərhumun cənazəsinin Bakıya gətiriləcəyi vaxtı hələ müəyənləşdirmədiklərini deyib:"Biz şokdayıq".