Sosial şəbəkədə biz:

“Əl-Qaidə” Yəməndə beynəlxalq aeroportu ələ keçirdi

“əl-Qaidə” terror qruplaşmasının silahlıları Yəmənin Hadramaut əyalətinin əl-Mukkala şəhərində yerləşən “Riyan” beynəlxalq hava limanını və havadan müdafiə qüvvələrinin qərargahını ələ keçiriblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə "əl-Mayədin" telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, hazırda dəniz limanı da daxil olmaqla əl-Mukkala şəhərinin şərq sahili boyunca ərazilər silahlıların nəzarətindədir. Qeyd edək ki, terrorçular bu gün prezident sarayını və yaxınlıqdakı polis idarəsinin binasını partlatmağa cəhd edib. Bu obyektləri qoruyan hərbçilər terrorçu-kamikadzelər tərəfindən idarə olunan minalanmış avtomobilləri gülləbaran edib. Nəticədə avtomobillər obyektlərin girişləri qarşısında partlayıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol