Sosial şəbəkədə biz:

Əhalinin banklarda olan əmanətləri qorunacaq

<strong><span style="color: #000000;">Əhalinin banklarda olan əmanətləri qorunacaq</span></strong> Devalvasiyadan sonra əhalinin banklardakı əmanətlərinin tam olaraq qorunması məsələsi gündəmə gəlib. ANS-in məlumatına görə, bununla bağlı Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası təkliflər hazırlayaraq hökumətə təqdim edib. Təkliflərin həyata keçməsi üçün müəyyən vaxt qoyulub. 3 il ərzində əhalinin bütün əmanətləri qorunacaq. Əhalinin əmanətlərinin qorunması sisteminin möhkəmləndirilməsi barədə tapşırığı dövlət başçısı gələn ilin büdcəsi ilə bağlı qanunun qüvvəyə minməsinə dair fərmanda qeyd edib. Sənəddə bu təkliflərin prezidentə təqdim olunması üçün 1 ay vaxt təyin edilib. Artıq həmin təkliflər hazırdır və banklarla da müzakirə olunub. Sənədin ilin sonuna qədər imzalanması nəzərdə tutulur. Əgər bu təkliflər qəbul olunarsa, onda əhalinin banklarda olan bütün pulları 100% qorunmuş olacaq. Fevralda baş verən devalvasiyadan sonra insanlar banklarda olan əmanətlərinin böyük bir hissəsini dollara çevirib. Hazrıda fiziki şəxslərin əmanətlərinin 24%-i manatda, qalanı xarici valyutadadır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol