Sosial şəbəkədə biz:

İçərişəhərdə möhtəşəm Yeni il art-yolkası - FOTO

<span style="color: #000000;"><strong>İçərişəhərdə möhtəşəm Yeni il art-yolkası - FOTO</strong></span> Yolka orijinallığı ilə seçilir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ənənəsinə sadiq qalaraq bu il də Qız Qalası yaxınlığında Yeni il bayramı ərəfəsində qeyri-adiliyi və orijinallığı ilə seçilən möhtəşəm art-yolka quraşdırıb. Oxu.Az xəbər verir ki, bu ilki instalyasiyanın süjeti İçərişəhərin əsas tarix-memarlıq abidələrinin və milli folklor motivlərinin yeni il tematikası ilə harmonik ahəngindən ibarətdir. İnstallyasiyanın orijinallığını artıran cəhətlərdən biri isə xüsusi işıqların köməyi ilə yağan qar effektinin yaradılmasıdır. İdarə şəhərimizin sakinlərini və qonaqlarını qarşıdan gələn Yeni il bayram günlərində bir daha İçərişəhərə dəvət edərək onun qədim küçələri və çoxsaylı muzeylərini ziyarət etməyə tövsiyə edir. Milli tarix və mədəniyyətimizin qədim xəzinəsi olan İçərişəhərlə daha bir görüş sizdə və yaxınlarınızda ən xoş təəssüratlar yaradacaq.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol