Sosial şəbəkədə biz:

Röyanı təqdir edənlər də var, tənqid edənlər də

16 June 2019, 15:02
Gündəm

Əməkdar artist Röya Ayxanın şəxsi İnstaqram səhifəsində paylaşdığı foto qalmaqal yaradıb.

Röya üzərində "Love is love" yazılmış kofta geyinərək foto çəkdirib və bunu instaqram səhifəsində paylaşıb. Bu şüar isə LGBT-nin ən çox istifadə etdiyi şüarlardandır. Məhz bu səbəbdən Röyanı tənqid edənlər yetərincə olub.

Buna baxmayaraq Röyaya paylaşımı üçün təşəkkür edənlər də az deyil. Onlar müğənninin LGBT-yə dəstək olduğunu vurğulayıblar.

Ölkə.Az