Sosial şəbəkədə biz:

Dollar 2 manat olmadı - Rəsmi məzənnə

28 December 2015, 09:55
Gündəm
Azərbaycanda dolların və avronun qiyməti dəyişib. "Qafqazinfo" Mərkəzi Banka istinadən xəbər verir ki, bugünkü məzənnəyə əsasən, 1 dollar 1.5561 manat, avro isə 1,7079 manat təşkil edir. Qeyd edək ki, həftəsonu Azərbaycanda rəsmi məzənnəyə görə 1 dollar 1.5540 manat, avro isə 1,4043 manat olub. Xatırladaq ki, dekabrın 21-də Mərkəzi Bank “Üzən məzənnə” rejiminə keçid haqda qərar qəbul edib və həmin gün dolların qiyməti 50 faiz bahalaşıb. Qeyd edək ki, şənbə-bazar günləri növbəti həftədən dolların 2 manatdan baha olacağı haqda şayiə yayılmışdı. Buna görə də, bir çox valyutadəyişmə məntəqələri dollar satışını dayandırmış və ajiotaj yaranmışdı.