Sosial şəbəkədə biz:

Minlərlə İT mütəxəssisi orduya cəlb olunacaq - VİDEO

18 June 2019, 21:44
Gündəm

“Hazırda əsas problemlərdən biri informasiya texnologiyaları (İT) sahəsində mütəxəssis çatışmazlığıdır” 

Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.Nazir qeyd edib ki, ordunun belə mütəxəssislərə ehtiyacı var: “Bizim minlərlə informasiya texnologiyaları mütəxəssisinə ehtiyacımız var. Onlar mənim maaşımdan da çox maaş alırlar. İndi gərək mən onları orduya cəlb edəm. Təbii ki, bunun formasını axtarıb tapırıq. Cənab prezident bizə bu işdə dəstək verir. Kadr məsələsi çox mühüm məsələdir”. 

Azvision.az