“Bank BTB”nin kapital problemi var
“Bank BTB”-nin məcmu kapitalı 9 aydır ki, Azərbaycan Mərkəzi Bankının tələbinə (50 milyon manat) cavab vermir. Bu barədə fins.az-ın bankın maliyyə hesabatına istinadən xəbər verir. Hesabata əsasən, 2014-cü ilin yekununda “Bank BTB”nin məcmu kapitalı 50,73 milyon manat olub. Bu ilin fevralında Azərbaycanda baş vermiş 34%-lik devalvasiyadan sonra bu göstərici 49,34 milyon manata düşüb.
2015-ci ilin 2-ci rübünün yekunlarına görə, bankın kapitalı 49,59 milyon manat, 3-cü rübün yekununda isə 49,66 milyon manat təşkil edib. “Bank BTB” kapitalını tədricən artırsa da, hələ də, 50 milyon manatlıq baryeri keçə bilmir.