Sosial şəbəkədə biz:

Dövlət büdcəsinin gəlirləri 8,9 milyard manat, xərcləri 9,4 milyard manat olub

19 June 2019, 21:04
Gündəm

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 8 milyard 999,3 milyon manat, xərcləri 9 milyard 426,1 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Azərtac-a bildirilib ki, büdcənin icrasında 426,8 milyon manatlıq və ya ümumi daxili məhsulun 1,2 faizi qədər kəsir yaranıb.