Sosial şəbəkədə biz:

Ukraynada daha bir jurnalist öldürüldü

Ukraynada son 2 sutkada 3-cü jurnalist qətlə yetirilib. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Xmelnitsk vilayətində “Neteşinski Vestnik” qəzetinin baş redaktoru Olqa Moroz qətlə yetirilib. Yerli mətbuat jurnalistin üzərində zorakılıq əlamətləri olan cəsədinin mənzilində aşkar olunduğunu xəbər verir. 35 min sakini olan Neteşin şəhərində baş verən cinayət faktı ilə bağlı Ukrayna polisi hərəkətə keçib. Qeyd edək ki, ötən gün Ukraynada jurnalistlər Oles Buzina və Sergey Suxobok da naməlum şəxslər tərəfindən öldürülüblər.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol