Sosial şəbəkədə biz:

Azərbaycanlı müğənni qəzaya düşdü - Prodüseri öldü

29 December 2015, 14:48
Gündəm
Məşhur “Brodyaqa” mahnısını ifaçısı kimi tanınan müğənni Elbrus Canmirzəyev Krasnodarsk vilayətində qəzaya düşüb. “Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, dünən baş verən qəzada müğənninin prodüseri Kamran Əmirov ölüb. Zəncirvari qəza zamanı “Lexus”, “BMW” və yük avtomobili toqquşub. Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, Canmirzəyev avtomobilini saatda 100 km-dən yüksək sürətlə idarə edib. Müğənninin özü kiçik zədə və qapalı kəllə-beyin travması alıb. Hazırda xəstəxanadan evə buraxılıb. Qeyd edək ki, Elbrus Canmirzəyev əslən Azərbaycanlıdır. O, 1991-ci ildə Qaxda anadan olub, Rusiyada müğənni kimi fəaliyyət göstərir.
 Azərbaycanlı müğənni qəzaya düşdü -  Prodüseri öldü  Azərbaycanlı müğənni qəzaya düşdü -  Prodüseri öldü