Ziya Məmmədovun sabiq müavininə vəzifə verildi - Nazirlər Kabinetində
İllərdir nəqliyyat sahəsində çalışmış sabiq nazir müavini Musa Pənahov yeni vəzifəyə təyin edilib.
Azinforum.az Baku.ws-ə istinadla xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov əmr imzalayıb.
Əmrə əsasən Musa Pənahov Nazirlər Kabinetində şöbənin müdir muavini təyin olunub.