Cünnüt zəfəri ilə bağlı film hazırlandı – Video
Bir il bundan öncə həyata keçirilən Günnüt əməliyyatı ordumuzun böyük qələbəsidir. Bu əməliyyatla 1992-ci ildən düşmən nəzarətinə keçən Şərur rayonunun Günnüt kəndi və ümumilikdə 11 min hektar torpaq sahəsi, eləcə də mühüm strateji yüksəkliklər ordumuzun nəzarətinə keçdi.
3 iyul 2018-ci ildə Ali Məclisin Sədri Vasif Talıbov Şərur rayonunun işğaldan azad edilən Günnüt kəndində əməliyyatı və verilən döyüş tapşırıqlarını uğurla yekunlaşdıran hərbiçilərimizlə görüşüb, onları mükafatlandırıb və birinci eşolon bölmələrində mövqelərin möhkəmləndirilməsi, eləcə də yeni hərbi təyinatlı obyektlərin tikintisi ilə bağlı bir sıra tapşırıqlar vermişdi.
Naxçıvan televiziyasının Günnüt qələbəsinin bir illiyi münasibətilə hazırladığı “Günnüt zəfəri” filmində həmin tarixi məqamlara bir daha nəzər salınır.
Filmi təqdim edirik: