Sosial şəbəkədə biz:

Komitə sədri Kərəm Həsənov vaxtı dəyişdi

17 April 2015, 15:02
Gündəm
Azinforum.az xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun 25 aprel 2015-ci il tarixində Ağsu rayonunda keçirəcəyi vətəndaş qəbulu 27 aprel 2015-ci il tarixinə keçirilmişdir. Qəbulda Ağsu, Şamaxı, İsmayıllı, Qəbələ və Qobustan rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaqdır. Vətəndaş qəbulu saat 11:00-da şəhərdə yerləşən Gənclər Mərkəzində keçiriləcəkdir. Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır. Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin office@emdk.gov.az elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər: Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105, 102 və 349) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı ərazi idarəsi: (02022) 6 54 05, (02026) 5 01 07