Sosial şəbəkədə biz:

“Pərvizin qızı yolkasını sökdü…”

<span style="color: #000000;"><strong>“Pərvizin qızı yolkasını sökdü…”</strong></span>

“Son ana qədər Pərvizin adının əfv siyahısında olacağına inanırdıq. Çünki, elə hamı deyirdi ki, bu dəfə Pərviz mütləq buraxılacaq”. Bu sözləri turkustan.info saytına açıqlamasında hazırda həbsdə olan jurnalist Pərviz Həşimlinin qardaşı Zamin Həşimov bildirib.
Z.Həşimov qeyd edib ki, MTN ətrafında baş verən hadisələrdən sonra Pərvizin azadlığa çıxacağına ümidləri daha da artıbmış: “Pərvizin siyasi məhbus olduğu, vicdan məhbusu olduğu MTN hadisələrindən sonra daha açıq ortaya çıxdı. Ancaq, onun adını əfv siyahısında görməyincə hamımız məyus olduq, xüsusilə də qızı”.
Əmisinin bildirdiyinə görə 7 yaşlı Zeynəb Pərvizin əfv fərmanı ilə azadlığa buraxılıb evə gələcəyinə inandığından, atası üçün yolka bəzəyibmiş: “O çox gözləyirdi ki, bayram günlərində atası ilə birlikdə olacaq, Yeni ili birlikdə qarşılayacaq. Ancaq, evdə məlum olanda ki, Pərviz buraxılmayıb, Zeynəb ağlaya-ağlaya yolkasını sökdü. Bu bir uşaq üçün nə deməkdir, yəqin ki, təsəvvür etmək olar”.
Z.Həşimov Pərvizin yaxın vaxtlarda azad ediləcəyinə yenə də inandıqlarını bildirib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol