Sosial şəbəkədə biz:

Maşın alıb-satanların nəzərinə: gömrük depoziti ləğv olunur

<span style="color: #000000;"><strong>Maşın alıb-satanların nəzərinə: gömrük depoziti ləğv olunur</strong></span> "Gürcüstandan Azərbaycana gələn avtomobillərə görə tələb olunan depozitin aradan qaldırılması istiqamətində müzakirələr aparılır". Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib. DGK sədrinin sözlərinə görə, bu məsələ ölkə başçısı İlham Əliyevin Gürcüstana səfəri çərçivəsində bu ölkədə yaşayan azərbaycanlılar tərəfindən qaldırılıb. "Bu, məcburi atılan bir addım idi. Bu sahədə artıq Sərhəd Qoşunlarının komandanlığı ilə razılaşmalar əldə olunub. Ümid edirik ki, 15-20 gündən gec olmayaraq depozit məsələsinin aradan qaldırılması istiqamətində razılıq əldə olunacaq" - deyə A.Əliyev bildirib. Qeyd edək ki, Gürcüstandan Azərbaycana müvəqqəti gətirilən nəqliyyat vasitələrinə görə gömrük ödənişlərinin həcminə ekvivalent məbləğdə pul vəsaiti depozit hesaba qoyulmalıdır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol