"Elə olurdu ki, bir gündə radara 300 manat ödəyirdim, indi isə canım qurtarıb"
Müğənni Mənzurə Musayeva əvvəllər yol hərəkət qaydalarını pozduğunu etiraf edib.
Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda "Hər şey daxil" verilişində deyib. O bildirib ki, bir vaxtlar hər gün cərimə ödəyirmiş:
"Sürətli sürürdüm, radara düşürdüm. Elə olurdu ki, bir gündə radara 300 manat ödəyirdim. İndi isə canım qurtarıb. Avtomobilimdə indi "avtopilot" qoşulub. Sürət həddini aşan kimi xəbər verir".