Sosial şəbəkədə biz:

Rusiyada benzin daşıyan maşın aşdı, üç idmançı öldü - VİDEO

07 July 2019, 18:56
Gündəm

Ötən gecə Rusiyanın Yekaterinburq şəhərinin yaxınlığında faciə baş verib.

Virtualaz.org “Mash” telegram-kanalına istinadən xəbər verir ki, yol qəzası nəticəsində üç nəfər ölüb, daha beş nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Mənbəyə əsasən, 4,5 ton benzin yüklənmiş “Ural” avtomobilinin sürücüsü marafon yürüşü zamanı yotulmuş idmançılara onları mənzil başınacan aparmağı təklif edib. Qaçış həvəskarları benzin çəninin üstündə yerləşiblər. Karpinsk – Kıştım yolunda maşın aşıb və partlayış baş verib.

Bildirildiyinə görə, faciə qurbanları “Konjak-2019” marafon yürüşünün iştirakçılarıdır.

  • 0