Sosial şəbəkədə biz:

Şəhidlərimiz dəfn edildi - Foto

07 July 2019, 18:59
Gündəm

Hərbi hissədə bədbəxt hadisə nəticəsində həlak olan hərbçi, 1990-cı il təvəllüdlü gizir Ağalarov Amiddin Şahmalı oğlu Qusarda dəfn edilib.

Gizir Ağalarov Amiddin Şahmalı oğlu doğulduğu Piral kəndində Müdafiə Nazirliyinin nümayəndələri, mərhumun xidmət yoldaşları, Qusar Rayon İcra Hakimiyyətinin rəsmi şəxsləri, rayonun idarə, müəssisələrinin kollektivləri və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə dəfn edilib.

Qeyd edək ki, A.Ağalarov ailəli idi, 3 azyaşlı uşağı var. O, 9 ildir ki, orduda xidmət edirdi.

Allah rəhmət eləsin! Report

Şəhidlərimiz dəfn edildi - Foto
Şəhidlərimiz dəfn edildi - Foto