Sosial şəbəkədə biz:

Nizami Kino Mərkəzinə direktor əvəzi təyin edilib

29 December 2015, 20:36
Gündəm
Nizami Kino Mərkəzinə direktor əvəzi təyin edilib.
 
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a fakt təsdiqlənib.
Bu vəzifənin icrası müvəqqəti olaraq Nizami Kino Mərkəzinin Kino işləri üzrə direktor müavini Leyli Mirzəyevaya tapşırılıb.
Xatırladaq ki, dekabrın 25-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə Nizami Kino Mərkəzinin keçmiş direktoru Vüqar Zeynalov vəzifəsindən azad edilərək Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin müdiri təyin edilib.