Sosial şəbəkədə biz:

Vahid Ələkbərov 1,2 milyard pul itirib

<strong><span style="color: #000000;">Vahid Ələkbərov 1,2 milyard pul itirib</span></strong>

ABŞ-ın “Bloomberg” agentliyi geridə qoyacağımız 2015-ci ildə dünya milyarderlərinin itirdiyi maliyyə vəsaitlərinin miqdarını hesablayıb.

Modern.az agentliyə istinadən xəbər verir ki, “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov bu il 1,2 milyard dollar itirib. “Bloomberg”in məlumatına görə, Ələkbərovun sərvəti 8,1 milyard dollardan 6,9 milyarda düşüb. O, hazırda Rusiyanın 13-cü, dünyanın isə 176-cı ən zəngin biznesmenidir. Ümumilikdə, 2015-c ildə Rusiyanın 19 ən zəngin biznesmeni 8 milyard dollar vəsait itirib. Ən çox pul itkisi ilə “Renovi” şirkətinin sahibi Viktor Vekselberq (1,6 milyard dollar) üzləşib. Dünyanın ən zəngin 400 milyarderi 2015-ci ildə ümumilikdə 19 milyard dollar zərər görüb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol