Sosial şəbəkədə biz:

Dərbənddə Rusiya sərhədçisi öldürüldü: 11 yaralı

<strong><span style="color: #000000;">Dərbənddə Rusiya sərhədçisi öldürüldü: 11 yaralı</span></strong> Dekabrın 30-na keçən gecə Dağıstanın Dərbənd şəhərində naməlum şəxslər qədim Narınqalanı ziyarət edən bir qrup şəxsə atəş açıb. APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, nəticədə 1 nəfər ölüb, 11 nəfər yaralanıb. Hüquq-mühafizə orqanları qalanın meşə massivi istiqamətindən atəşə tutulduğunu bildiriblər. TASS agentliyi atəşə tutulanların turistlər yox, hərbçilər olduğu barədə xəbər yayıb. Ölən şəxs sərhədçidir. Faktla əlaqədar cinayət işi açılıb. Dağıstan prezidenti Ramazan Abdulatipov bildirib ki, atəş açanlar qanunsuz silahlı dəstənin üzvləri olub. O, söz verib ki, Dağıstan hakimiyyəti günahkarların tapılıb məsuliyyətə cəlb edilməsi üçün bütün qüvvəsini səfərbər edəcək.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol