Sosial şəbəkədə biz:

“Azərsun Holdinq”in şirkətlərindən biri bağlandı

<strong><span style="color: #000000;">“Azərsun Holdinq”in şirkətlərindən biri bağlandı</span></strong> Azərbaycanda aktivlərin idarə edilməsi fəaliyyəti ilə məşğul olan “Trust Asset Management” MMC ləğv olunub. Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, “Trust Asset Management” MMC ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 94 ünvanına bildirə bilərlər. Xatırladaq ki, “Trust Asset Management” MMC “Trust Asset Management” MMC 22 iyul 2014-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 500 min manat təşkil edən şirkətin rəsmi təmsilçisi, “Azersun Holding” MMC-nin baş direktoru Ahmet Yemandır. 31 oktyabr 2014-cü il tarixində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Trust Asset Management” MMC-yə aktivlərin idarə olunması üzrə fəaliyyət ilə məşğul olmaq üçün müddətsiz yeni xüsusi razılıq (lisenziya) verilib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol