Sosial şəbəkədə biz:

615 min dollarlıq dələduzluqda təqsirləndirilən qadının apelyasiya şikayətinə baxılır

15 July 2019, 21:39
Gündəm

615 min dollarlıq dələduzluqda təqsirli bilinən Gülarə Əliyeva barəsindəki hökmdən apelyasiya şikayəti verib.

Report-un xəbərinə görə, Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən ilkin baxış iclasında anket məlumatları dəqiqləşdirilib.
Baxış iclası iyulun 16-na təyin edilib.
Qeyd edək ki, Gülarə Əliyeva Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, G.Əliyeva iş üzrə zərərçəkmiş qismində tanınan Nəcəf Nəsirliyə özünü qızıl-zinət əşyalarının biznesi ilə məşğul olan sahibkar kimi təqdim edib. Qadın N.Nəsirlinin ona olan inamından sui-istifadə edərək 615 min dollar dəyərində qızıl-zinət əşyalarını ələ keçirib.
Məlumata görə, zərərçəkmiş N.Nəsirli Bakının Gömrük İdarəsinin keçmiş rəhbəri, general Vüsal Novruzovun ailə sürücüsü olub.