Sosial şəbəkədə biz:

Bakıda ictimai nəqliyyat bayram qrafikində işləyəcək

<strong><span style="color: #000000;">Bakıda ictimai nəqliyyat bayram qrafikində işləyəcək</span></strong> Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il münasibəti ilə paytaxt Bakıda ictimai nəqliyyatın hərəkət qrafikində dəyişiklik olıub. ANS PRESS-in məlumatına görə, bu gecə nəqliyyat vasitələri adi gündəkindən daha çox xidmət göstərəcək. Nəqliyyat Nazirliyinin rəsmisi Şəfa Mehmanqızı bildirib ki, marşurut avtobusları gecə saat 01.00-ə qədər işləyəcək. "BakuBus" avtobuslarının iş qrafiki isə daha uzun olacaq. Bakı metrosu isə yalnız bu gün gecə saat 01.00-a qədər işləyəcək. Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyir bu vaxt uzana da bilər. Bundan başqa Bakı Beynəlxalq avtovağzalı, Aəzrbaycan Dəmiryolları QSC və Azərbaycan Hava Yolları QSC bayram günləri bitənə qədər gücləndirilmiş rejimdə çalışacaqlar. Artıq qurumlarda xəttə buraxılacaq nəqliyyat vasitələrinin sayı müəyyən edilib və sərnişinlərin problem yaşamamaları üçün bütün tədbirlər görülüb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol