Sosial şəbəkədə biz:

Bakıdan bir sıra xarici aviareys təxirə salınıb

<strong><span style="color: #000000;">Bakıdan bir sıra xarici aviareys təxirə salınıb</span></strong> Bu gün Bakı şəhərinin Heydər Əliyev Beynəlxalq Hava limanından bir sıra istiqamətlər üzrə uçuşlar təxirə salınıb. Aeroportdan "Report"a verilən məlumata görə, bu gün üçün Moskva, Dubay, Naxçıvan və İstanbula nəzərdə tutulan aviareyslər Yeni il bayramı ilə əlaqədar yerinə yetirilməyəcək. Bu reyslərin ilk üçü "Azərbaycan Hava Yolları", sonuncusu isə "Türk Hava Yolları"na məxsus olan aviareysdir. Bildirilib ki, təxirə salınan reyslərlə bağlı öncədən sərnişinlərə məlumat verilib. Artıq 2 yanvar 2016-cı il tarixindən aviareyslər adi qrafiklə yerinə yetiriləcək.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol