Sosial şəbəkədə biz:

Azərbaycan–Ukrayna qarşılaşması baş tutmadı

20 July 2019, 16:01
Gündəm

Moskvada təşkil olunan çimərlik futbolu üzrə dünya çempionatının seçmə oyunları çərçivəsində bu gün keçirilməli olan Azərbaycan–Ukrayna qarşılaşması baş tutmayıb.

AFFA-dan verilən məlumata görə, buna səbəb Ukrayna millisinin Rusiyadakı turnirdə iştirakdan imtina etməsi olub.

Millimiz iyulun 21-də İspaniya, bir gün sonra isə Latviya yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, qazanılacaq nəticələrdən asılı olmayaraq, hər 3 komanda növbəti mərhələdə də iştirak edəcək.