Sosial şəbəkədə biz:

Bakının bəzi yollarında sürət həddi aşağı endirildi

01 January 2016, 14:51
Gündəm
Yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Bakıda iki avtomobil yolunda sürət həddi aşağı salınıb. Virtualaz.org Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzinə istinadən bildirir ki, hava şəraiti ilə bağlı olaraq Böyükşor-Hava limanı istiqamətində avtomobil yolunda sürət həddi iki zolaqda 120 km/saatdan 100 km/saata, bir zolaqda 100 km/saatdan 80 km/saata, axırıncı zolaqda isə 80 km/saatdan 60 km/saata endirilib. Eyni zamanda Zığ dairəsi - Hava limanı avtomobil yolunda isə sürət birinci zolaqda 120 km/saatdan 100 km/saata, ikinci zolaqda 100 km/saatdan 80 km/saata, üçüncü zolaqda isə 80 mk/saatdan 60 km/saata qədər azaldılıb. Hava şəraiti normallaşan kimi sürət həddi yenidən bərpa olunacaq.