Sosial şəbəkədə biz:

Şəhriyar Məmmədyarov çempion oldu

24 July 2019, 21:53
Gündəm

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Latviyanın paytaxtı Riqada keçirilən FİDE Qran-prisində çempion olub.

Belə ki, 34 yaşlı qrossmeyster final mərhələsinin tay-breykində fransalı Maksim Vaşye-Laqravı 4:3 hesabı ilə məğlub edib. 

Məmmədyarov final mərhələsinin birinci görüşündə rəqibinə qalib gəlsə də, ikinci dueldə uduzmuşdu. 

Qeyd edək ki, FİDE Qran-priləri 2020-ci il İddiaçılar Turnirinin iştirakçılarını müəyyənləşdirmək üçün təsis edib. Yarışın iki qalib şahmatçısı 2020-ci il İddiaçılar Turnirinə vəsiqə qazanacaq. Hər bir mərhələnin mükafat fondu 130 min avrodur.