Sosial şəbəkədə biz:

Məktəbli forması bahalaşacaq? - AÇIQLAMA

27 July 2019, 12:18
Gündəm

“Məktəbli formasının qiymətində heç bir dəyişiklik yoxdur və 2017-ci ildə müəyyən olunan qiymətlər hələ də qüvvədədir”.

Bunu Cebhe.info-ya açıqlamasında Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov deyib. 

O, hazırda lazım olan qədər formanın hazır olduğunu və prosesin davam etdiyini vurğulayıb:

“Məktəbli formasının qiymətləridə heç keçən il də dəyişiklik olmayıb. 1-6-cı siniflərin məktəbli formasının qiyməti 40 manat, 7-11-ci sinif şagirdləri üçün 46 manatdır. Bu formaları hər il təxminən 20-25 min civarında tikirik. Hal-hazırda da tikiş prosesi gedir. Nə qədər lazım olacaqsa, o qədər tikəcəyik. Bizim tikişimiz satışdan asılıdır, satış çox olanda biz də çox forma tikirik. Yəni bunun dəqiqliyilə əvvəldən bilmək olmur. Artıq 50 faiz demək olar ki, var. Amma satışdan asılı olan məsələdir, biz tikib anbara qoymalı deyilik ki.. Parça da hazırda lazım olan qədər var. İndi bütün mağazalarımızda satış gedir. 4 model məktəbli formasının hər biri hazırda satış mərkəzlərimizdə satılır”.