Sosial şəbəkədə biz:

Qırğızıstanda Azərbaycan dili kursları təşkil olunacaq

<strong><span style="color: #000000;">Qırğızıstanda Azərbaycan dili kursları təşkil olunacaq</span></strong> Azinforum.az-ın ldə ediyi məlumata görə, 2016-cı ildən etibarən Qırğızıstanda Azərbaycan dili kursları təşkil olunacaq. Azərbaycan adına görülən bu önəmli işin təşəbüsskarı isə əlbəttə ki, həmvətənimiz, Qırğızıstandakı Heydər Əliyev Fondunun prezidenti Nüsrәt Mәmmәdovdur. Məlumata görə, məhz Nüsrət Məmmədovun həmtəsisçiliyi və təşəbbüsü ilə bu günlərdə Qırğızıstan gənclərinə Azərbaycan dilini tədris etmək məqsədi ilə “İnterbilik” adı altında təhsil mərkəzi təsis edilib. Nüsrət Məmmədovun sözlərinə görə, sözü gedən təhsil mərkəzi gəncliyin daha savadlı yetişidirilməsi prinsiplərinə xidmət etməklə yanaşı, qardaş türk dövləti olan Qırğızıstanda da, Azərbaycan dilinin təbliğatını aparmaq məqsədi daşıyır. Nəzərinizə çatdıraq ki, Qırğızıstan təhsil nazirliyi tərəfindən artıq “İnterbilik” Təhsil Mərkəzinin fəaliyyəti başlaması üçün Qırğızıstan tәhsil nazirliyi tәrәfindәn lisenziya da verilib. Qeyd edәk ki, belә kursların açılması Qırğızıstanda ilkdir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol