Sosial şəbəkədə biz:

Sabahın hava proqnozu açıqlandı

<strong><span style="color: #000000;">Sabahın hava proqnozu açıqlandı</span></strong> Azərbaycanda soyuq hava şəraiti sabah da davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, yanvarın 3-də Bakıda və Abşeron yarımadasında havanın bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı, gün ərzində dəyişkən buludlu olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi səhər və gündüz mülayimləşəcək. Havanın temperaturu Bakıda gecə 3-5 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti, Abşeron yarmadasında gecə 3-6 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında isə havanın fasilələrlə yağıntılı olacağı, qar yağacağı, duman olacağı gözlənilir. Hava gündüz əsasən yağmursuz keçəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyə qədər isti, dağlarda gecə 10-15 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz isə 0-5 dərəcə şaxta olacağı gözlənilir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol