Sosial şəbəkədə biz:

Rusiyada azərbaycanlılar arasında dava - Ölən var

<strong><span style="color: #000000;">Rusiyada azərbaycanlılar arasında dava - <span style="color: #ff0000;">Ölən var</span></span></strong>

Rusiyanın Zelenoqrad şəhərində Azərbaycan vətəndaşları olan qohumlar arasında baş verən mübahisə ölümlə nəticələnib.

Hadisə şəhərin Böyük Göl adlanan çimərliyinin ərazisində baş verib. Bu barədə şəhərin hüquq – mühafizə orqanlarındakı mənbə məlumat verib. Polisin araşdırmaları nəticəsində məlum olub ki, qohumlar münasibətlərinini aydınlaşdırmaq üçün gölün ətrafına gəliblər. Bir neçə dəqiqə sonra mübahisə etməyə başlayıblar. Yaranan mübahisə nəticəsində qohumlardan biri digərini çiyinindən və baldırından bıçaqlayıb. Bıçaq zərbələrinə tuş gələn şəxs həyatını itirib. Şəhər polisi qohumunu bıçaqlayan azərbaycanlını saxlayıb. Həmin şəxs istindaqa ilkin ifadəsində bildirib ki, qohumu onu bıçaqlamaq istədiyi üçün o, özünü müdafiə edib. Saxlanılan şəxs barəsində qəsdən bədən xəsarət yetırmə və ehtiyatsızlıqdan adam öldürmə maddələri ilə cinayyət işi açılıb. Günahı sübuta yetirildiyi halda o 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası ala bilər. Bir neçə gün əvvəl isə Rusiyanın Saratov şəhərində azərbaycanlı taksi sürücüsünü güllələyiblər. Lenin rayonunda baş verib. Rusiya mətbuatında yer alan məlumata görə, sürücünün 47 yaşı olub. (Ans)


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol