Sosial şəbəkədə biz:

Azərbaycanda bayram günlərində yol qəzaları ilə bağlı statistika açıqlanıb

02 January 2016, 15:18
Gündəm
Azərbaycanda bayram günləri baş verən yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, dekabrın 31-də respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 10 nəfər yaralanıb. Yanvarın 1-də isə respublikanın avtomobil yollarında 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər bir faktla bağlı araşdırma aparılır.