Sosial şəbəkədə biz:

83 yaşlı qadın oğlunu bıçaqladı

03 January 2016, 13:06
Gündəm
Bir neçə gün əvvəl Bakıda qəribə bıçaqlanma hadisəsi baş verib. Lent.az-ın əldə etdiyi məlumata görə, Cəfərov qardaşları küçəsində yaşayan 61 yaşlı Həsənağa Binnətov çiyinindən aldığı kəsilmiş-deşilmiş xəsarətlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəsarəti yüngül olduğundan H.Binnətov ambulator müalicəyə yazılıb. Araşdırma nəticəsində məlum olub ki, 61 yaşlı kişini anası, 1932-ci il təvəllüdlü Abbasova Ayna Məmmədrəfi qızı bıçaqlayıb. Məlum olub ki, 83 yaşlı ana oğluna mübahisə zəminində bıçaqla xəsarət yetirib. Araşdırma davam etdirilir.