Sosial şəbəkədə biz:

Azərbaycanlı zəvvar Həcdə namaz qılarkən öldü

05 August 2019, 12:56
Gündəm

Azərbaycanlı zəvvar Səudiyyə Ərəbistanında, Həcc ziyarəti zamanı dünyasını dəyişib. 

Qafqaz Müsəlmanlar İdarəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, mərhum 1950-ci il təvəllüdlü, Ağdam rayon sakini Bəhmən Məhəmməd oğlu Şükürovdur. O, ziyarətdə təvafını yerinə yetirəndən sonra namaz qılarkən ürək çatışmazlığından vəfat edib.

Ümumi qaydalara görə, zəvvarın Məkkədə dəfn olunacağı bildirilib.