Sosial şəbəkədə biz:

Yüksək vəzifəli məmurlar ailə biznesindən məhrum ediləcək

<strong><span style="color: #000000;">Yüksək vəzifəli məmurlar ailə biznesindən məhrum ediləcək</span></strong> Rusiya Dövlət Dumasının Konstitusiya komitəsinin sədr müavini Vadim Solovyev (o, Rusiya Kommunist Partiyasının üzvüdür) yüksək vəzifəli məmurların həyat yoldaşlarının və uşaqlarının bizneslə məşğul olmasına qadağa nəzərdə tutan qanun layihəsi hazırlayır. Modern.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, bu qadağa nazirlərin, qubernatorların, regional parlament rəhbərlərinin ailələrinə şamil edilə bilər. “Biz baş prokurorun uşaqlarının, bəzi qubernatorların uşaqlarının və arvadlarının çox fəal şəkildə bizneslə əvvəlki fəaliyyəti ilə bağlı situasiyanı nəzərdən keçirmişik. Belə nəticəyə gəlmişik ki, dövlət xidməti ilə bağlı qanuna dəyişiklik etmək lazımdır”, - Solovyev bəyan edib. Layihədə ilk növbədə prezidentin sərəncamı, yaxud təklifi ilə vəzifəyə təyin olunan hökumət üzvlərinin və regional qanunvericilik məclislərinin sədrlərinin arvadlarına və uşaqlarına bizneslə məşğul olmağın qadağan edilməsi nəzərdə tutulur. Bundan əlavə, dəyişiklikdə yalançı boşanmaya görə cəza nəzərdə tutulur. Layihə müəllifinin fikrincə, bu cür boşanmalardan sonra ərlə-arvad de-yure ümumi təsərrüfat və ümumi bizneslərini davam etdirirlər. Bu cür qanun pozuntusuna görə, layihədə 1 milyon rubla qədər cərimə və vəzifədən azad edilmə nəzərdə tutulur.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol