Prezident İlham Əliyev: "Ermənistan danışıqlardan yayınır"
"Ermənistan Dağlıq Qarabağ münaqişəsi ətrafında status-kvonu dəyişilməz saxlaması üçün əlindən gələni edir və danışıqlardan yayınır". "Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nyu-Yorkda, BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində çıxışı zamanı deyib.