Sosial şəbəkədə biz:

Prezident narkotiki təriflədi: "Mübarizə aparmağa kömək edir”

<strong><span style="color: #000000;">Prezident narkotiki təriflədi: <span style="color: #ff0000;">"Mübarizə aparmağa kömək edir”</span></span></strong> “Mənim üçün koki yarpağı imperializmə qarşı mübarizə aparmağa kömək edən vasitədir”. Cebhe.info “Prensa Latina”ya istinadən xəbər verir ki, bunu Boliviya prezidenti Evo Morales bildirib. Onun sözlərinə görə, sözügedən bitkinin becərilməsinə qarşı çıxan qüvvələr öz məqsədlərinə nail olmayacaqlar. Prezident bildirib ki, dünyada supergüc olmağa çalışan ABŞ terorrizim və narkotklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə adı altında öz ideolgiyasına qarşı çıxanlarla mübarizə aparır. Qeyd edək ki, koki yarpaqları 1961-ci ildə BMT tərəfindən narkotik maddələr siyahısına daxil edilib. Ancaq Boloviyada bu bitkinin becərilməsi və tibb məqsədləri üçün istifadəsi qanunla təmin edilib. Koki yarpağını And regionunun yerli əhalisi becərir. 2009-cu ildə isə koki yarpağı ölkə konstitusiyasına ölkənin mədəni irsi kimi daxil edilib. - See more at: http://cebhe.info/oxu/9727/#sthash.IaY5l3Co.dpuf


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol