Sosial şəbəkədə biz:

Bakıda şaxtalı hava 6 nəfəri xəstəxanalıq etdi

04 January 2016, 11:18
Gündəm
Bayram günlərində təcili tibbi yardıma çağırışların sayı 2000-i keçib. Bu barədə Lent.az-a Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev məlumat verib. O bildirib ki, bayram günlərində adi günlərə nisbətən çağırışların sayı 10% artıb. Çağırışların çoxu ürək-damar xəstəlikləri ilə əlaqədar olub. Bayram günlərində Bakıda havanın şaxtalı keçməsi və qar yağması ilə əlaqədar 6 nəfər xəsarət alıb. Onların hamısı xəstəxanaya yerləşdirilib. Qidadan zəhərlənmə üzrə 4 fakt qeydə alınıb.