Sosial şəbəkədə biz:

SOCAR: 2015-ci ildə Azərbaycanda qaz hasilatı rekord həddə çatıb

<strong><span style="color: #000000;"><span style="color: #ff0000;">SOCAR</span>: 2015-ci ildə Azərbaycanda qaz hasilatı rekord həddə çatıb</span></strong>

2015-ci ildə Azərbaycanda kommersiya qaz hasilatı səviyyəsi artıb.
“APA-Economics”in “Natural Gas Europe” saytına istinadən verdiyi xəbərə görə, bunu SOCAR-ın neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanov deyib.
 Azərbaycanın qaz sektorunu şərh edən R. Qurbanov bildirib ki, 2015-ci ildə ilk dəfə kommersiya qaz hasilatı 18,9 mlrd. kub metrə çatıb, bu isə 2014-cü illə müqayisədə 0,2 mlrd. kub metr çoxdur. “Qaz hasilatı Şahdəniz və Azəri-Çıraq-Günəşli yataqları hesabına artıb. Bu yataqların operatoru isə BP şirkətidir. 2015-ci ildə Azərbaycanda Şahdəniz mərhələ-1 işləmələri üzrə 9,9 mlrd. kub metr qaz hasil edilib”, - deyə R. Qurbanov qeyib.
 SOCAR rəsmisinin sözlərinə görə, buna baxmayaraq, 2015-ci ildə Azərbaycanda ümumi qaz hasilatı (səmt və laylara vurulan qaz da daxil olmaqla) 29,4 mlrd. kub metrə çatıb ki, bu da 2014-cü illə müqayisədə 0,2 mlrd. kub metr çoxdur.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol