Sosial şəbəkədə biz:

Azərbaycandakı həkimlərin sayı açıqlanıb

<strong><span style="color: #000000;">Azərbaycandakı həkimlərin sayı açıqlanıb</span></strong> Keçən il Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, 2015-ci ildə həkimlərin sayı 32 756 (2014-cü ildə 32 434 nəfər ) nəfər olub. Bu da əhalinin hər 10 000 nəfərinə 34,6 həkimin düşməsi deməkdir. Eyni zamanda, onlar arasında ixtisaslar üzrə ən çox terapevtlər üstünlük təşkil edib. Belə ki, ötən il üçün terapevtlərin sayı 8 504 nəfər olub. Sonrakı yerlərdə digər ixtisaslara görə 6 044 (2014-cü ildə 5 293), pediatrlar 4 029 (2014-cü ildə 3 992), cərrahlar 3 640 (2014-cü ildə 3 771), stomatoloq və diş həkimi 2 601 (2014-cü ildə 2 452), ginekoloqlar 1 913 (2014-cü ildə 1 989) nəfərlə qərarlaşıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol