Sosial şəbəkədə biz:

Təranə Səmədova həbsxana günlərini unutmaq üçün psixoloqa gedir

13 August 2019, 14:58
Gündəm

6 aylıq həbs həyatından sonra azadlığa buraxılan prodüser Təranə Səmədova psixoloji dəstək alır. 

Musavat.com xəbər verir ki, o, psixoloq yanında terapiyaya başladığı barədə İnstaqramda yazıb.
"Hiss edirəm ki, hər söhbətimizdən sonra özümlə bağlı müəyyən qənaətlərə gəlir və nəticələr çıxarıram".
Qeyd edək ki, T.Səmədova bir il azadlıqdan məhrum olunmuşdu. Onun terapiya almasına səbəb həbs həyatı ilə bağlıdır.