Sosial şəbəkədə biz:

Əliyev və Sarkisyan Minskdə görüşə bilər

<strong><span style="color: #000000;">Əliyev və Sarkisyan Minskdə görüşə bilər</span></strong> Minsk Ermənistan və Azərbaycan prezidentlərinin görüşü üçün meydan ola bilər. AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Belarusun Ermənistandakı səfiri İqor Nazaruk bildirib. Səfirin sözlərinə görə, Qarabağ kimi münaqişələri `qaynar` yox, `soyuq` formada həll etmək üçün danışıqlar lazımdır: “Məhz ATƏT-in Minsk qrupunun hədəfi də budur. Əminəm ki, danışıqlar başlayan zaman tərəflərin bir-birilərini anlaması üçün zəmin yaranır. Əgər biz bir-birimizi anlayırıqsa, onda əlavə elementlər meydana çıxır. Mən əminəm ki, bu doğru olan yeganə yoldur. “Qaynar” mərhələyə keçilmədən danışıqlar”. Qeyd edək ki, sonuncu dəfə Azərbaycan və Ermənistan prezidentləri dekabrın 19-u İsveçrənin paytaxtı Berndə bir araya gəliblər.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol